Leqal.info xəbər verir ki, daxili uçuşlara iyun ayında başlamaq istəyən aviaşirkət xarici uçuşları tədricən təşkil edəcək.
Üç aylıq uçuş planlamasına görə, iyun ayında 19 ölkənin 22 nöqtəsinə hər həftə 75 uçuş həyata keçiriləcək. Bundan əlavə, iyul ayında hər həftə 74 ölkəyə və 103 istiqamətə 572 uçuş, avqustda isə 98 ölkə və 160 istiqamətə həftəlik olaraq 987 uçuş baş tutacaq.(Qafqazinfo.az)