Niderland “Eurovision- 2021” mahnı müsabiqəsində iştirakdan imtina etmək niyyətindədir. Leqal.info xəbər verir ki, ölkə rəhbərliyinin məlumatına əsasən, yarışmanı gələn il Rotterdam şəhərində keçirmək mümkün olmaya bilər.

Buna səbəb Niderlandda əhalinin sıx olduğu məkanlar: konsertlər və idman yarışlarının peyvənd tapılanadək təxirə salınmasıdır. Qeyd olunub ki, bu səbəbdən “Eurovision”un keçirilməsi barədə də qəti qərar verilməyib.

Alimlərin açıqlamalarına görə, peyvəndin hazırlanması üçün ən azı 18 ay lazımdır. Beləliklə, ya müsabiqə Rotterdamda tamaşaçısız keçiriləcək, ya da ev sahibliyi ikinci yerin sahibinə ötürüləcək.

Qeyd edək ki, yarışmada İtaliya təmsilçisi Mahmud “Soldi” mahnısı ilə ikinci olmuşdu. Lakin İtaliya koronavirusa yoluxanlar və ölənlər sırasında lider ölkələrdəndir. Buna görə də, ev sahibinin neytral bir ölkə olması da müzakirə olunur.