Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Leqal.info-nun məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 848 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 135 569 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 86 396 nəfər təşkil edir.