İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.

Leqal.info xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş “Konarak” köməkçi gəmisinə açılıb.

Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. “Konarak” isə insident nəticəsində batıb.

İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

İran ordusu məlumata rəsmi münasibət bildirməyib.(Qafqazinfo)