Rusiya prezidenti Vladimir Putin onu ən çox kövrəldən II Dünya Müharibəsi məzmunlu rəsm tablosunu açıqlayıb.

Leqal.info xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında 2019-cu ildə çəkilmiş reportajdan bir frqament göstərilib.

Putini göz yaşlarına boğan tablo

Fraqmentdə Rusiya prezidenti Taras Qaponenkonun “Kölə sahibləri” adlı tablosundan çox təsirləndiyini dilə gətirib. Putin tabloda nasist əsgərlər tərəfindən öldürülən rus qadının təsvir edildiyindən danışıb: “Qadının üzərində kiçik bir uşaq, hələ körpə olan uşaq var. Bu səhnə insanı göz yaşlarına boğur”.

Putin fikirlərinə “II Dünya Müharibəsində Nasist Almaniyasına qarşı zəfər əldə olunmasaydı, SSRİ-də yaşayan rus və digər bütün xalqlar yox olardı” sözlərini əlavə edib. (Publika.az)