Birləşmiş Ştatlar yeni koronavirus əleyhinə vaksini cari ilin sonuna qədər və ya ondan əvvəl hazırlaya bilər.

"Leqal.info” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Biz onları (COVID-19 əleyhinə vaksini və preparatı - red) ilin sonuna kimi, mümkündür ki, ondan əvvəl alacağımıza ümid edirik", - ABŞ lideri deyib.

Trampın sözlərinə görə, "işlər çox yaxşı gedir".

Son məlumatlara əsasən, ABŞ-da COVID-19-a yoluxanların sayı 1 459 684 nəfərdir. Koronavirus infeksiyası demək olar ki, 87 min amerikalının həyatına son qoyub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.