Ermənistanda koronavirusa yoluxanların sayı 7 402 nəfərə çatıb.

Leqal.info-nun məlumatına görə, son sutka ərzində 289 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 91 nəfər koronavirusdan ölüb, 4 052 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.