ABŞ prezidenti Donald Tramp Belarus hökumətinin bəzi nümayəndələri tərəfindən ölkəsinin milli təhlükəsizliyinə olan təhdidlə bağlı bu ölkəyə sanksiyaların müddətini daha bir il uzadıb.

“Leqal.info” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bildirişində qeyd olunur.

Qeyd edək ki, ABŞ hökuməti Belarusda qeyri-demokratik keçirilən seçkilərdən sonra 2006-cı ilin 16 iyun tarixindən etibarən bu ölkəyə qarşı sanksiya tətbiq edib.