Ukraynanın Prezident Administrasiyasında COVID-19 virusu yayılıb.

“Leqal.info” “Strana.ua”ya istinadən xəbər verir ki, yoluxanlar arasında prezidentin müşaviri Ruslan Demçenko, müvəqqəti işğal olunmuş ərazilər və daxili köçürülənlər naziri Oleksiy Reznikov da var.

Bu günlərdə hər ikisi Parisdə Fransa prezidentinin xarici siyasət müşaviri Emanuel Bonn ilə danışıqlar aparıblar.

Qeyd edək ki, ötən gün Ukrayna prezidentinin xanımı Yelena Zelenskayanın da koronavirusa yoluxduğu üzə çıxmışdı.