Livanın baş naziri Həsən Diab texnokratlar kabinetinin istefasını elan edib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, televiziya vasitəsi ilə etdiyi çıxışında korrupsiya sisteminin Livan dövlətindən daha güclü olduğunu bildirib.

H.Diab qeyd edib: "Heç bir şəxsi ambisiyalarımız olmayıb, ancaq 30 ildir hakimiyyətdə olan dairələr hökuməti təqib etməyə başladı və xalqı ona qarşı çevirdi".