Türkiyədə son sutka ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 080 nəfərə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında bildirib.

Ölkədə 1 203 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 255 723 nəfərə çatıb. Daha 772 nəfər sağalıb. Sağalanların ümumi sayı 235 569 nəfər təşkil edir.

Nazir qeyd edib ki, ağır koronaviruslu xəstələrin sayının artması davam edir (hazırda bu rəqəm 749-dur).
Türkiyədə ağır koronaviruslu xəstələrin sayı artmaqda davam edir