Rusiyanın ikinci koronavirus vaksini sentyabr ayında hazır olacaq.

Leqal.info bildirir ki, bunu ölkənin prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.

O bildirib k, hazırda həmin vaksin üzərində iş davam edir:

"Mənə verilən məlumata görə, ikinci vaksin senytabrda hazır olacaq. İndi onun üzərində Novosibirskdə məşhur institut işləyir".

Qeyd edək ki, Rusiya avqustun əvvəlində dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.