Türkiyədə son 24 saat ərzində daha 53 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 673 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 578 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 279 806 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 013 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 251 105 nəfər təşkil edir.