Leqal.Info

SON DƏQİQƏ

COVID-19 peyvəndinin satış qiyməti açıqlandı

COVID-19 peyvəndinin satış qiyməti açıqlandı
8-09-2020, 22:45 24 216 dəfə baxılıb

Fransanın əczaçılıq korporasiyası “Sanofi” və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

Leqal.info xəbər verir ki, bu barədə “Sanofi”inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Bojiyo əlavə edib, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar. “Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu, avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb”, – o deyib.

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI