"Türkiyə Şərqi Aralıq dənizində şantaja, banditizmə və təhdidə baş əyməyəcək"

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Şərqi Aralıq dənizində istifadə olunan təhdid dilinin xeyri yoxdur:
"Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizdir. Şərqi Aralıq dənizi qarşı tərəfin təxribatlarına və uşaq kimi davranışlarına baxmayaraq, həmişə haqlı və böyük bir dövlət olmağın ləyaqəti ilə hərəkət etdik".

Türkiyənin terrorla mübarizəsinə də toxunan Ərdoğan deyib:

"Biz millətin birliyinə, bərəbərliyinə qəsd edənlərin tökdükləri qanın qisasını alırıq və bunu davam etdirəcəyik. Dağdakı qatil sürülərinin başlarını qaldırmalarına imkan vermirik. Onların şəhərdəki qolları üçün də elə olacaq".