Leqal.info "RİA Novosti"yə istinadla xəbər verir ki, C.Bayden bu barədə seçiciləri qarşında çıxış edərkən söyləyib.
"Hesablamalara görə, mən bu söhbətimi yekunlaşdırana qədər 200 milyon insanın koronavirusdan öləcəyi təxmin edilir”, - deyə C.Bayden qeyd edib.
Ehtimal olunur ki, C.Bayden bu günə qədər ABŞ-da COVID-19-dan ölən təxminən 200 min koronavirus xəstəsini nəzərdə tutub.
Qeyd edək ki, son rəqəmlərə əsasən, Birləşmiş Ştatlarda 204 118 xəstə pandemiyanın qurbanı olub.