“Öz peyvəndimizlə bağlı vacib bir mərhələyə gəlmişik”.

Leqal.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında açıqlama verib.

“Peyvəndimizi ən gec aprel ayına qədər tətbiqetmə səviyyəsinə gətirməyi planlaşdırırıq. İnkişaf etdirdiyimiz peyvəndi bütün bəşəriyyətin xidmətinə təqdim etməyi düşünürük”,-deyə Ərdoğan qeyd edib.