Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistan parlamentinin müxalif üzvləri Milli Məclisin fövqəladə iclasını çağıraraq ölkədə sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyətin qaldırılması məsələsini müzakirə etməyi planlaşdırırlar.
“Biz buradakı səlahiyyətlilərlə görüşmək üçün buradayıq. İnsanlar onları tanımayacaq”,- deyə etirazçılardan biri jurnalistlərə bildirib.
Digər bir iştirakçı isə bildirib ki, hökumət tərəfdarı millət vəkilləri hərbi vəziyyət rejimini ləğv etmək üçün parlamentə gəlməli və iclasda iştirak etməlidirlər.