Türk alimlər Uğur Şahin və Özləm Türəci tərəfindən “Pfizer” və “Biontech” şirkətlərinin əməkdaşlığı çərçivəsində inkişaf etdirilən və 95 faiz effektivlik göstərən koronavirus peyvəndi İngiltərədə istifadə lisenziyası alıb.

Leqal.info “Thu Guardian” nəşrinə istinadən xəbər verir ki, İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Təşkilatı (MHRA) tərəfindən peyvəndin təcili istifadəyə buraxılması üçün icazə verilib.

Şirkət rəsmiləri peyvəndin ilk dozalarının yaxın günlərdə tədarük ediləcəyini açıqlayıb.

İngiltərənin 40 milyon doza peyvənd tədarük edəcəyi bildirilib.