Ermənistanın baş naziri Nikol Paşinyan xalqın iradəsi olmadan istefa verməyəcəyini bildirib.

Leqal.info xəbər verir ki, Paşinyan bu barədə bu gün feysbuk səhifəsində xalqa müraciəti zamanı açıqlama verib.

“Xalqın mənə verdiyi statusdan yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında imtina edə bilərəm. Belə bir iradə olmadığı müddətcə baş nazir funksiyasını yerinə yetirməyə davam edəcəyəm”,- deyə Paşinyan qeyd edib.

O, ailə üzvlərinin Ermənistanı tərk etməsi barədə mətbuatda yayılan məlumatları da təkzib edib.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, Ermənistan müxalifəti Paşinyanın istefası tələbi ilə İrəvanda etiraz aksiyaları keçirir. Müxalif qüvvələr keçmiş Baş nazir Vazgen Manukyanın hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürüb.