Fransa Prezidenti Emmanuel Makron koronavirusa yoluxub.

Leqal.info xəbər verir ki, bu barədə Fransa Prezidentinin ofisi məlumat yayıb. Qeyd olunub ki, ölkə başçısının “COVID-19” test nəticələri pozitiv çıxıb.

Makronun vəziyyəti barədə ətraflı məlumat verilməsə də, onun 7 günlük özünü təcrid edəcəyi və işinə məsafədən davam edəcəyi bildirilib.