Ermənistanda çağırışçı əsgərlərin valideynləri hökumət binası qarşısında Baş nazir Nikol Paşinyanla görüş tələbi ilə etiraz aksiyası keçirirlər.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Uşaqlarımız üçün təhlükəsizlik zəmanəti tələb edirik. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Kimi və necə xilas etdiyini üzümüzə söyləsin”,- deyə aksiya iştirakçılarından biri qeyd edib.

Valideynlər, həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb edirlər.

Hökumət bir qrup valideyn qəbul etməyə hazır olduğunu bildirsə də, onlarla kimin ünsiyyət quracağını açıqlamayıblar. Bir qrup valideynin binaya daxil olduğu bildirilir.