Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Leqal.info