Dağıstanın Xasavyurt rayonunda müəyyən edilməmiş qurğunun partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Bakı vaxtı ilə 17.20 radələrində Novoqaqatlı kəndi yaxınlığında baş verib.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib.

Leqal.info