İranda zəlzələ olub.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkan yerli vaxtla bu gün saat 03.44-də Şərqi Azərbaycan əyalətinin ərazisində, Təbriz şəhərindən 100 km aralıda qeydə alınıb.

Episentrdə zəlzələnin maqnitudası 4,9 olub.

Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, bir neçə tikili dağılıb.

Hadisə yerində xilasedicilər işləyir.

Leqal.info