Ermənistanda daha bir nazir müavini işdən çıxarılıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Karen Karapetyanın sərəncamı ilə fövqəladə hallar nazirinin müavini Aykaram Mxitaryan vəzifəsindən uzaqlaşdırılıb.

A. Mxitaryanın öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.

Prezidentin fərmanı ilə müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılmış Ara Nazaryan baş nazirin digər sərəncamı ilə A. Mxitaryanın yerinə təyin edilib.


***

13.04

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad olunub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ara Nazaryan nazir müavini postundan uzaqlaşdırılıb.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Leqal.info

VİDEO