Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreyanın növbəti nüvə silahını sınaqdan keçirməsi ilə bağlı bəyanat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bəyanatda qeyd edilib ki, Şimali Koreya Demokratik Respublikasının növbəti nüvə sınağını keçirməsi regionda sülh və təhlükəsizliyə ciddi hədə yaradır.

Rusiya XİN bəyan edib ki, Şimali Koreya rəhbərliyinin fəaliyyətinin Koreya yarımadasında və ümumilikdə regionda sülh və təhlükəsizlik üçün ciddi hədə yaratması faktı təəssüf doğurmaya bilməz və bu xəttin davam etdirilməsi Şimali Koreyanın özü üçün ağır nəticələrə səbəb olacaq. Rusiya xarici siyasət idarəsi bütün maraqlı tərəfləri dərhal dialoqa çağırıb: “Məlum istiqamətdə, o cümlədən Rusiya-Çin “yol xəritəsi” məzmununda birgə səylərin göstərilməsinə hazır olduğumuzu təsdiq edirik”.

Leqal.info