Moldova prezidenti İqor Dodon milli orduya xaricdə istənilən hərbi təlimlərdə iştirak etməyi qadağan edib və müdafiə nazirinin müavini Qeorgi Qalburun tez bir zamanda istefasını tələb edib.

APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, prezident bildirib ki, ali baş komandan kimi onun ilkin razılığı olmadan Moldova hərbçilərinin ölkədən kənar istənilən əməliyyatlarda iştirakını qadağan edən sərəncam imzalayıb: “Bununla yanaşı, mən müdafiə nazirinin müavininin istefasını və hərbçilərimizin müharibənin getdiyi Ukraynaya qanunsuz göndərilməsində iştirakı olan digər şəxslərin cəzalandırılmasını tələb edirəm”.

Prezident hökumət tərəfindən 57 moldovalı hərbçinin Ukraynada NATO Rapid Trident təlimlərində iştirak üçün göndərilməsinə etiraz edib: “İlk dəfədir ki, hökumət silahlı qüvvələrə ali baş komandanına zidd əmr verir. Bu, yolverilməzdir”.

Leqal.info