ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı sanksiyaların müddətini bir il müddətinə uzadıb.

Trend-in məlumatına görə, bu sanksiyaların müddəti bu il sentyabrın 14-də başa çatmalı idi.

D.Trampın qəbul etdiyi qərara əsasən, müddət 2018-ci il sentyabrın 24-dək uzadılıb.

Eyni zamanda ABŞ prezidenti sanksiyaların yumşaldılması ilə bağlı qərar vermək səlahiyyətini özündə saxlayıb. O, sanksiyaların müddətinin uzadılmasının ABŞ-ın maraqlarına uyğun olduğunu bəyan edib.

Leqal.info