Rusiyanın Nijnevartovsk şəhərində sərnişin qatarı ilə yük maşını toqquşub.

APA-nın “İnterfax”-a istinadən verdiyi xəbərə görə, qəzaya səbəb yük maşınının yol qaydalarını pozaraq qatarın önünə çıxması olub. Hadisə zamanı 3-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilənlərdən 5 nəfərin, o cümlədən avtomobil sürücüsünün vəziyyəti ağır qiymətləndirilir.

Qəza zamanı ölənlərin olmadığı deyilir.

Leqal.info