Leqal TV / Video

Gündəm

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Faydalı saytlar

XƏBƏR LENTİ

Digər Xəbərlər

01 oktyabr 2017 - 19:10

Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 460 nəfəri ötüb - YENİLƏNİB-3

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Barselonanın meri Ada Kolau bildirib.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***

saat 16.48

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***

saat 14.57

Bu gün İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

APA-nın məlumatına görə, bu barədə “Həftənin güzgüsü” nəşri məlumat yayıb.

Polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib.

***

saat 14.08

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə muxtariyyətin Səhiyyə Departamentinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.
Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 460 nəfəri ötüb

Leqal.info
Oxunma sayı:74

PAYLAŞ:

Açar sözlər:Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 460 nəfəri ötüb - YENİLƏNİB-3

Bağla X