Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşün tarixi məlum olub.

Leqal.info xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, Vladimir Putin və Donald Trampın noyabrın 10-da Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşəcəklərini deyib.