Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.

Leqal.info APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.

Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib.

Onların həyatı üçün təhlükə yoxdur.