Türkiyənin qərbində 4,9 bal gücündə zəlzələ baş verib.

Leqal.info APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İzmir şəhərindən 191 cənub-şərqdə, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.