İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib.

APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, Yava adasının qərbində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

***

21:36


İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb
İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb
İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb
Leqal.info

VİDEO