İranın şərq bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

Leqal.info-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Kirman şəhərindən 31 km şimalda, ocağı isə 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.