Türkiyə-Suriya sərhədində türk hərbçisi şəhid olub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat verib.

Məlumata əsasən, bir əsgər Kilis vilayətinin Gülbaba kəndi yaxınlığında terrorçularla atışma zamanı həlak olub.

Bu, Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı çərçivəsində verdiyi ilk şəhiddir.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Leqal.info