Türkiyə ordusunun PKK, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində döyüş zamanı türk hərbçisi şəhid olub. Daha bir hərbçi Türkiyənin Afrinlə həmsərhəd Kilis əyalətində terrorçuların hücumu nəticəsində həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.

Qeydə edək ki, Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı əməliyyat yanvarın 20-dən davam edir.