İtaliyanın Komo əyalətində sənaye tullantıları emalı zavodunda partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib. Partlayış nəticəsində yaxınlıqda saxlanılan avtomobillərə ziyan dəyib.

Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.