APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dövlət başçısı rayonun Mülki Məşğulluq Mərkəzində yerli gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.
G. Marqvelaşvili görüşdə Gürcüstan dövlətçiliyinin qarşısında duran müasir çağırışlar barədə danışacaq və kampaniyanın məqsədlərini açıqlayacaq.
Qeyd edək ki, G. Marqvelaşvili qeyd olunan kampaniyaya fevralın 20-də Telavi Dövlət Universitetində start verib. Dövlət başçısı tədbirdə gəncləri yubiley tədbirlərinə qoşulmağa çağırıb və respublikanın 100 illiyi ilə bağlı esse müsabiqəsi elan edib. Mayın 26-dək davam edəcək kampaniya ölkənin bir sıra şəhər və rayonlarını əhatə edəcək.