Ağ Evin kommunikasiya üzrə direktoru Houp Hiks istefaya gedir.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Reuters agentliyi Ağ Evin mətbuat katibi Sara Sandersə istinadən xəbər verib.

Bundan əvvəl H.Hiks ABŞ Senatının Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsində çıxış edərək dövlət başçısına yanlış məlumatlar verdiyini etiraf edib. 29 yaşlı keçmiş model ötən ilin sentyabrında Ağ Evin kommunikasiya üzrə direktoru təyin edilib.