APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, indiyə qədər Konstitusiyaya əsasən eyni şəxslər Çin Xalq Respublikasının sədri və müavini postuna iki dəfədən artıq seçilə bilməzdi.
Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək.
Konstitusiyaya edilən digər düzəlişdə isə qeyd edilib ki, Çin yeni dövrdə Si Tszinpinin sosializmin Çin xüsusiyyətləri ideyasına uyğun inkişaf edəcək.