Türkiyədə bir sıra vəzifə təyinatlarını yalnız ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Trend-in türk mətbuatına istinadən verdiyi məlumata əsasən, Ərdoğan Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK), Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF), Türkiyənin Bank Nəzarəti Qurumunun (BDDK) və Kapital Bazarı Şurasının (SPK) başçılarını təyin edəcək.

Qeyd edək ki, daha öncə RTÜK, TMSF, BDDK и SPK başçıları ölkənin baş naziri tərəfindən təyin olunurdu.