Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində 69 nəfər itkin düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, itkin düşənlərin 40-u uşaqdır.

Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın baş verib. "TASS"ın məlumatına əsasən, yanğın nəticəsində 7 nəfər həlak olub, 30-dan artıq insan xəsarət alıb.