İsveçrədə dağlarda baş verən qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 2 nəfər yaralanıb.

Qeyd olunur ki, yaralanan iki nəfər xəstəxanaya çatdırılıb. İlkin məlumatlara əsasən, qar uçqununa düşən 5 nəfərin hamısı İspaniyadandı.