Yerevanda "Burger King" kafesində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 8 nəfər xəsarət alıb.

Bildirilir ki, onlardan 3-ü Ermənistan, 3-ü Rusiya və 2-si İran vətəndaşıdır.

XXX

22:08


Yerevanda "Burger King" kafesində partlayış baş verib.

Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, kafedə qaz balonu partlayıb.