ABŞ prezidenti Donald Tramp "YouTube" video portalının Kaliforniya ştatında, San-Bruno şəhərindəki baş ofisində baş vermiş atışma zamanı yaralananlara başsağlığı verib.

Leqal.info "Report"-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı bildirib ki, hadisədən yenicə xəbər tutub. O, yaralılara dua etdiyini qeyd edərək arzularını bildirib.

Ağ Ev rəhbəri həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hadisəyə dərhal reaksiya vermələrinə görə təşəkkürünü ifadə edib.

Daha əvvəl şəhərin polis rəisi Ed Barberini "YouTube" ofisində atışma zamanı 4 nəfərin xəsarət aldığını xəbər verib. Onun sözlərinə görə, hadisəni törədən qadın özünü öldürüb.