Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.
Vaşinqton bu dəfə Rusiyanın ən iri sahibkarları sırasına daxil olan yeddisinə qarşı sanksiya tətbiq edib. Bundan başqa 12 özəl şirkət, 2 dövlət strukturu, 17 dövlət qulluqçusu və dövlət korporasiyaları rəhbərlərinə qarşı da sanksiyalar tətbiq olunub.