İnstaqram servisinin komandası “Facebook” sosial şəbəkəsində “Məlumatlarınızı yükləyin” (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, bu alət İnstaqrama yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

Hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.