İsveçrə Alplarında 8 alpinist həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar 14 nəfərdən ibarət qrup 3157 metr hündürlükdə yerləşən sığınacağa çata bilməyib və açıq havada gecələmək məcburiyyətində qalıb.

Məlumata əsasən, onlardan 3-ü ölü tapılıb, 5-i isə xəstəxanada həlak olub. Hazırda bir nəfərin vəziyyəti ağırdır, digər 5 nəfərin isə həyatı üçün təhlükə yoxdur.